Diniyevin yeni klubu müəyyənləşib

Diniyevin yeni klubu müəyyənləşib
# 02 iyun 2023 14:05 (UTC +04:00)

“Zirə”dən ayrılan Coşqun Diniyevin yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, Bakı klubu ilə vidalaşan yarımmüdafiəçi paytaxtın digər təmsilçisinə keçməyə yaxındır.

28 yaşlı futbolçunun yeni mövsümə “Səbail”də başlayacağı gözlənilir. Coşqunun xidmətində atası Şahin Diniyev maraqlıdır. 57 yaşlı mütəxəssis oğlunu sərəncamında görmək istəyir. Yaxın günlərdə Coşqunun “Səbail”lə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Diniyev Premyer Liqanın son mövsümündə 30 matçda 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR