Dortmund “Borussiya”sı və “Frayburq” mövsümə darmadağınla başlayıb - VİDEO

Dortmund “Borussiya”sı və “Frayburq” mövsümə darmadağınla başlayıb - VİDEO
# 17 avqust 2019 22:28 (UTC +04:00)

Almaniya Bundesliqasında mövsümün ilk turu davam edir.

APA-nın məlumatına görə, ikinci oyun günündə 6 qarşılaşma keçirilib.

Dortmund “Borussiya”sı “Auqsburq”u darmadağın edib – 5:1. “Frayburq” isə “Mayns”ın qapısından üç cavabsız top keçirib.

“Bayer”lə “Volfsburq” evdə, “Fortuna” səfərdə üç xal qazanıb. Mönhenqladbax “Borussiya”sı “Şalke” ilə qolsuz heç-heçə edib.

Qeyd edək ki, Bundesliqada ilk tura sabah yekun vurulacaq.

Almaniya Bundesliqası
I tur
17 avqust
“Bayer” – “Paderborn” – 3:2

Beyli, 10, Haverts, 19, Volland, 69 – Miçel, 15, Mamba, 25
“Borussiya” D – “Auqsburq” – 5:1
Alkaser, 3, 59, Sanço, 51, Roys, 57, Brandt, 82 – Niderlexner, 1
“Frayburq” – “Mayns” – 3:0
Holer, 81, Şmidt, 84, Valdşmidt, 87 (pen.)
“Volfsburq” – “Köln” – 2:1
Amold, 18, Veqhorst, 60 – Terodde, 90
“Verder” – “Fortuna” – 1:3
Eqesteyn, 47 – Henninqs, 36, Karaman, 52, Ayhan, 64
“Borussiya” M – “Şalke” – 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR