Dünya futbolunda yeni rekord qeydə alınıb, Mbappe buna kölgə salıb 

Dünya futbolunda yeni rekord qeydə alınıb, Mbappe buna kölgə salıb 
# 24 avqust 2019 11:48 (UTC +04:00)

Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadaores kubokunun 1/4 final mərhələsi rekordla əlamətdar olub.

APA-nın məlumatına görə, Braziliyanın “Flamenqo” klubunun hücumçusu Bruno Enrike futbol tarixində ən yüksək sürət nümayiş etdirib.

FİFA-nın rəsmi sosial şəbəkə səhifələri forvardın “İnternasional”la oyunun gedişində 38 km/s sürət yığdığını açıqlayıb. Bu, Qaret Beylin “Real”ın qarşılaşmalarından biri zamanı nümayiş etdirdiyi 36,9 km/s sürəti arxada qoyub. Əksər mənbələr bunu yeni dünya rekordu hesab edir. Lakin bəziləri PSJ-nın istedadı Killian Mbappenin 38-39 km/s sürəti dəfələrlə yığdığını iddia edir.

Qeyd edək ki, 28 yaşlı hücumçunun çıxış etdiyi “Flamenqo” “İnternasional”a 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu B.Enrike vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR