Dünya reytinqində “Qarabağ” 7, “Neftçi” 95 pillə irəliləyib

Dünya reytinqində “Qarabağ” 7, “Neftçi” 95 pillə irəliləyib
# 18 yanvar 2023 09:21 (UTC +04:00)

Dünya klublarının reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in siyahısında Azərbaycanın üç klubu yer alıb.

Ən yaxşı təmsilçimiz “Qarabağ” 139 xalla dünyanın 78-cisidir. Qurban Qurbanovun yetirmələri ötən ayla müqayisədə 7 pillə irəliləyib.

“Neftçi” 66,5 xalla planetin 290-cı komandasıdır. Bakılılar ötən ayla müqayisədə 95 pillə sıçrayış edib.

“Zirə” 50,25 xalla 478-ci yerdə qərarlaşıb. Paytaxt klubu 99 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Flamenqo” (Braziliya) başçılıq edir – 299 xal. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, “Liverpul” (İngiltərə) 273 xalla üçüncüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR