Dünyanın ən yaxşı hakimi bəlli olub

Dünyanın ən yaxşı hakimi bəlli olub
# 10 yanvar 2023 10:45 (UTC +04:00)

2022-ci ilin ən yaxşı hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İFFHS keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Polşalı Şimon Marçinyak ötən il dünyanın ən yaxşı ədalət təmsilçisi olub. O, 150 xal toplayıb.

İtaliyalı Daniele Orsato 65 xalla ikinci yeri tutub. Fransalı Klemen Turpin 40 xalla ilk “üçlüy”ü qapayıb.

Qeyd edək ki, Marçinyak DÇ-2022-nin finalında Argentina – Fransa matçını idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR