Dursun Özbək yenidən “Qalatasaray”ın prezidenti seçilib

Dursun Özbək

© APA | Dursun Özbək

# 11 iyun 2022 22:14 (UTC +04:00)

“Qalatasaray” klubunda yeni prezident məlum olub.

Apasport.az saytının məlumatına görə, bu gün Türkiyə təmsilçisində seçkilər keçirilib.

Eşref Hamamcıoğlu ilə sabiq prezident Dursun Özbək arasında keçən mübarizədən ikinci qalib ayrılıb. Rəqibini az səslə qabaqlayan Özbək yenidən “sarı-qırmızılılar”ın rəhbəri seçilib.

Qeyd edək ki, Dursun Özbək 2015-2018-ci illərdə “Qalatasaray” prezidenti olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR