Eddi İsrafilovun "Neftçi"yə keçəcəyi təsdiqlənib

Eddi İsrafilov

© APA | Eddi İsrafilov

# 28 dekabr 2021 13:47 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun ölkəmizdə çıxış etməsi dəqiqləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, bunu “Luqo” klubunun prezidenti Tino Sakes də təsdiqləyib.

Prezident bir müddət La Liqa-2 komandasında baxışda olan Eddinin orada qalmamasının səbəbini açıqlayıb. Tino Sakes 29 yaşlı yarımmüdafiəçinin Azərbaycana yollanacağını söyləyib: “Eddi İsrafilov ölkəsindən çox yaxşı təklif alıb və o, bizimlə olmayacaq”.

Qeyd edək ki, Eddi İsrafilovun yanvardan etibarən karyerasını “Neftçi”də davam etdirməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR