Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub
# 04 oktyabr 2022 11:44 (UTC +04:00)

İran millisinin tarixinin ən yaxşı bombardiri Əli Daeinin ölkədən çıxışına qadağa qoyulub.

Apasport.az saytının məlumatına görə, buna futbol veteranının etirazları dəstəkləməsi səbəb olub.

İstanbuldan qayıdan Daeinin pasportu alınıb. O, gənc Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazları dəstəkləyib. Gənc qız həbs olunduqdan sonra vəfat edib.

Qeyd edək ki, Daei 2004-21-ci illərdə yığmadakı qol sayında dünya rekordçusu olub. Ötən il onun nəticəsini Kriştiano Ronaldo arxada qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR