Emin Mahmudov: “Yenə qələbə qazanmağa çalışacağıq”

Emin Mahmudov: “Yenə qələbə qazanmağa çalışacağıq”
# 17 iyul 2019 17:35 (UTC +04:00)

"Birinci oyun yaxşı hesabla yekunlaşdı. 3:0 çox yaxşı nəticədir. Buna baxmayaraq, eyni şəkildə hazırlaşmışıq".

APA-nın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov deyib.

Bakı klubunun kapitanı Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşü öncəsi fikirlərini bölüşüb.
O, mətbuat konfransında səfərdəki 3:0 hesablı qələbəyə baxmayaraq, arxayınlaşmadıqlarını vurğulayıb: "Yenə qələbə qazanmağa çalışacağıq. Bu üzdən hücum futbolu göstərəcəyik. Cavab görüşünü məşq kimi qiymətləndirmək də olmaz. Dünən "Şerif" 10 dəqiqəyə 3 qol vurmuşdu. Buna görə də arxayınlaşmaq olmaz. Bu oyunda da qələbə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR