“Enfild Roud” AVRO-2028-i qəbul etməyəcək

“Enfild Roud” AVRO-2028-i qəbul etməyəcək
# 26 aprel 2022 10:51 (UTC +04:00)

“Enfild Roud” Böyük Britaniyanın 2028-ci il Avropa çempionatı üçün təklifinə daxil ediləcək 16 stadiondan biri olmayacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Federasiyasının (FA) rəsmi nümayəndələri “Liverpul” stadionunda meydançanın kifayət qədər böyük olmaması səbəbindən beynəlxalq oyunların keçirilməsinin mümkün olmadığını bildiriblər.

Beynəlxalq turnirlər üçün UEFA qaydalarına əsasən, meydançaların sabit ölçüsü 105 və 68 metr olmalıdır. “Enfild Roud”un meydançasının uzunluğu cəmi 101 metrdir və qapılar arxasındakı tribunaların yaxınlığı səbəbindən genişləndirilə bilməz. “Enfild Roud”un Böyük Britaniyanın təklifindən kənarda qalması o deməkdir ki, “Everton”un yeni stadionu vaxtında tamamlanmasa, Liverpul şəhəri Avropa çempionatı matçlarını qəbul edə bilməyəcək.

“Everton” 2024/25 mövsümünün əvvəlində yeni arenasına köçməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR