Ermənistan futbol millisinin baş məşqçisi istefaya göndərilib

Xoakin Kaparros

© APA | Xoakin Kaparros

# 29 sentyabr 2022 18:49 (UTC +04:00)

Ermənistanın futbol üzrə milli komandası baş məşqçisiz qalıb.

Apasport.az saytının məlumatına görə, Ermənistan Futbol Federasiyası və Xoakin Kaparros arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Buna yığmanın Millətlər Liqasındakı uğursuzluğu səbəb olub. B liqasında qrup sonuncusu olan komanda C divizionuna yuvarlanıb.

Qeyd edək ki, 67 yaşlı ispaniyalı mütəxəssis 2020-ci ilin martından Ermənistan millisini çalışdırırdı. Yığma məhz onun rəhbərliyi altında ötən mövsüm Millətlər Liqasının B liqasına yüksəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR