“Everton” klubu satılır

“Everton” klubu satılır
# 30 sentyabr 2022 13:15 (UTC +04:00)

“Everton” sahibini dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun indiki sahibi Farhad Moşiri amerikalı biznesmen Matsek Kaminski ilə danışıqlara başlayıb.

Alqı-satqının 437 milyon avroya gerçəkləşəcəyi gözlənilir. Bunun üçün İngiltərə Premyer Liqasının təsdiqi də vacibdir. Kaminski klubu alsa, Premyer Liqada amerikalıların səhmdarı olduğu komandaların sayı 10-a çatacaq.

Qeyd edək ki, 7 oyunda 7 xal toplayan “Everton” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR