“Fənərbaxça” Ukrayna millisinin futbolçusunu istəyir

Yefim Konolli

© APA | Yefim Konolli

# 03 yanvar 2022 12:51 (UTC +04:00)

Ukrayna millisinin və “Şaxtyor”un futbolçusu Yefim Konolli karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” müdafiəçinin xidmətində maraqlıdır.

İstanbul klubu Yefimi icarəyə götürmək istəyir. 22 yaşlı arxa xətt oyunçusunun mövsümün sonunadək “Fənərbaxça”da oynaması planlaşdırılır.

Qeyd edək ki, Konolli cari mövsümdə “Şaxtyor”da 9 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR