“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb
# 09 sentyabr 2022 11:10 (UTC +04:00)

Azərbaycan klubları avrokuboklar tarixində 600-cü qolu buraxıb.

Apasport.az saytının məlumatına görə, bu xoşagəlməz yubiley Avropa Liqasının “Frayburq” – “Qarabağ” matçına təsadüf edib.

2:1 hesablı qələbə qazanan Almaniya təmsilçisinin ikinci qolunun müəllifi Ritsu Doan Azərbaycan komandalarını 600-cü dəfə topu tordan çıxarmağa məcbur edib. Klublarımız bu rəqəmə 407-ci qarşılaşmada çatıb. Futbolçularımız indiyədək buraxılan 600 qola 402 dəfə cavab verə bilib.

Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklarda buraxdığı ilk qolun müəllifi türkiyəli Bülənt Uyğun olub. O, 1994-cü il avqustun 9-da keçirilən “Fənərbaxça” – “Turan” görüşünün (5:0) 16-cı dəqiqəsində hesabı açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR