“Fənərbaxça”nın 2 futbolçusu koronavirusa yoluxub

“Fənərbaxça”nın 2 futbolçusu koronavirusa yoluxub
# 21 yanvar 2022 15:13 (UTC +04:00)

Türkiyə Super Liqasının XXIII turunda “Sivasspor”la qarşılaşacaq “Fənərbaxça” səfər öncəsi koronavirus testindən keçib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iki oyunçunun testi pozitiv nəticələnib.

İstanbul təmsilçisi adları açıqlanmayan həmin oyunçuların səhhətinin yaxşı olduğunu və onların protokola uyğun olaraq karantinə alındığını açıqlayıb.

Qeyd edək ki, “Sivasspor” – “Fənərbaxça” görüşü sabah keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR