Ferran Torresin “Barselona”ya keçidi rəsmiləşib

Ferran Torresin “Barselona”ya keçidi rəsmiləşib
# 28 dekabr 2021 17:38 (UTC +04:00)

“Mançester Siti”nin hücumçusu Ferran Torresin “Barselona”ya keçidi rəsmiləşib.

Apasport.az xəbər verir ki, hər iki klub rəsmi saytı vasitəsilə transferi açıqlayıb.

Gənc forvard Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro dəyərində göstərilib. La Liqa təmsilçisi yeni transferini yanvarın 3-də “Nou Kamp”da azarkeşlərinə təqdim edəcək.

Qeyd edək ki, bu keçidin “Barsa”ya 55+10 milyon avroya başa gəldiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR