FİFA 2026-cı il dünya çempionatının keçiriləcəyi şəhərlərin siyahısını açıqlayıb

FİFA 2026-cı il dünya çempionatının keçiriləcəyi şəhərlərin siyahısını açıqlayıb
# 17 iyun 2022 06:14 (UTC +04:00)

2026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası (FİFA) “Twitter” səhifəsində 2026-cı ildə dünya çempionatının keçiriləcəyi şəhərlərin siyahısını dərc edib.

Beynəlxalq turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los Anceles, Mayami, Nyu-York/Nyu Cersi, Filadelfiya, San Fransisko və Sietl şəhərlərində olacaq.

Meksikada oyunlar Qvadalaxara, Mexiko və Monterreydə keçiriləcək.

Kanadada isə matçlar Toronto və Vankuverdə keçiriləcək.

Xatırladaq ki, 2026-cı ildə keçiriləcək Dünya Çempionatında ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq.

Onlar 16 qrupda çıxış edəcəklər.

Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.

Bundan başqa həmin il keçiriləcək dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq.

Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya 2002-ci ildə keçirilən dünya çempionatına ev sahibliyi edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR