FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

Pyerluici Kollina

© APA | Pyerluici Kollina

# 22 noyabr 2022 16:41 (UTC +04:00)

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina dünya çempionatı oyunları zamanı əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, italiyalı əfsanəvi hakim mundialda yenilik etdiklərini söyləyib.

Kollina bildirib ki, topun meydanda olmadığı hər dəqiqə hesablanır: “Hamıya topun meydanda olmadığı hər anın vaxta əlavə olunmasını demişik. Aktiv mübarizə istəyirsinizsə, bu cür əlavə dəqiqələrə hazır olmalısınız”.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin oyunlarına 10 dəqiqədən çox vaxtın artırılması komandaların və azarkeşlərin narazılığına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR