FIFA Kristian Eriksenlə bağlı qərarını açıqlayıb

Kristian Eriksen

© APA | Kristian Eriksen

# 04 fevral 2022 16:12 (UTC +04:00)

“Brentford”un yeni transferi Kristian Eriksen bu ilin noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilər.

Apasport.az saytının məlumatına görə, FIFA ulduz futbolçunun Danimarka millisinə çağırılmasına qarışmayacaq.

Lakin turnirdən əvvəl digər oyunçular kimi, yarımmüdafiəçi də tibbi müayinədən keçəcək. Ali futbol qurumunun mətbuat xidməti məsələ ilə bağlı bəyanat yayıb: “Bütün oyunçular sağlamlıqlarına təsir edə biləcək hər şeydən tam xəbərdar olmaq üçün ürək müayinəsindən keçməlidirlər. İştirakla bağlı yekun qərarı isə futbolçu və müvafiq assosiasiya verir”.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsində Danimarka-Finlandiya oyunu zamanı infarkt keçirən Kristian Eriksenə kardioverter-defibrilator implantasiya edilib. Bu hadisədən sonra “İnter”dən ayrılan Eriksen “Brentford”la yenicə anlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR