Françesko Farioli “Alanyaspor”un baş məşqçisi olub

Françesko Farioli “Alanyaspor”un baş məşqçisi olub
# 30 dekabr 2021 13:33 (UTC +04:00)

“Alanyaspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi sabiq məşqçisi ilə anlaşıb.

Türkiyə klubu ötən mövsüm köməkçi-məşqçi kimi fəaliyyət göstərən Françesko Fariolini baş məşqçi postuna təyin edib. Cari mövsümün geridə qalan hissəsində “Fatih Karagümrük”ü çalışdıran italiyalı bir neçə gün əvvəl bu komandadan ayrılıb.

Qeyd edək ki, “Alanyaspor” hazırda 28 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR