Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”

Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”
# 21 sentyabr 2022 17:48 (UTC +04:00)

“Bizi ağır oyun gözləyir. Azərbaycan millisi çox yaxşı komandadır”.

Apasport.az saytının məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kalzona deyib.

54 yaşlı italiyalı mütəxəssis Millətlər Liqasının Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında iştirak edib. Kalzona Trnadavadakı qarşılaşma haqqında fikirlərini açıqlayıb: “Rəqibimiz yaxşı təşkil olunmuş kollektivdir. Heyətində yaxşı futbolçular var. Bu komandada italiyalı məşqçinin əli hiss olunur. Taktiki baxımdan çox yaxşıdırlar. Biz səbirli oyun nümayiş etdirib bu qarşılamada qalib gəlməliyik”.

Qeyd edək ki, Slovakiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR