Fransada futbolçuya hücuma görə matç yarımçıq qalıb

Fransada futbolçuya hücuma görə matç yarımçıq qalıb
# 03 iyun 2023 06:35 (UTC +04:00)

Fransa Liqa 2-nin "Bordo" və "Rodez" komandaları arasında keçirilən matç yarıçşıq qalıb.

APA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Buna səbəb "Rodez" klubunun futbolçusu Luk Buadeyə hücum olub.

Hesabı açan futbolçu rəqib komandanın azarkeşlərini hiddətləndirib.

Azarkeşlərdən biri meydançaya qaçaraq qonaq komandanın oyunçusuna hücum edib.

Hakim komandaları meydandan çıxarmaq qərarına gəlib. Qarşılaşma yarımçıq başa çatıb.

Bu görüş çempionatda final oyunu idi.

“Bordo” son tur öncəsi 69 xalla üçüncü yerdə idi. Komandanın hələ də Liqa 1-ə çıxmaq şansları var idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR