Futbol üzrə Braziliya millisi ilk dəfə qara formada oynayacaq

Futbol üzrə Braziliya millisi ilk dəfə qara formada oynayacaq
# 07 iyun 2023 08:15 (UTC +04:00)

Braziliya milli futbol komandası ilk dəfə olaraq meydana milli bayrağın rənglərində olan ənənəvi formada deyil, qara formada çıxacaq.

APA xəbər verir ki, bu barədə “Globo” qəzeti məlumat yayıb.

Komada iyunun 17-də Barselonada Qvineya ilə keçiriləcək oyunda meydana qızılı nömrəli qara formada çıxacaqlar.

Buna səbəb "Real Madrid"in futbolçusu braziliyalı Vinisius Juniora qarşı irqçilikdir.

Vinisius Juniorun özünün də 20 nömrəli oyunda iştirakı gözlənilir.

Nəşrin məlumatına görə, ilk hissədən sonra futbolçular qara formalarını ənənəvi formaya keçirəcəklər.

Qeyd edək ki, Vinisius Junior La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə irqçiliklə üzləşib. Qarşılaşma "yarasalar"ın minimal hesablı qələbəsi ilə bitib - 1:0.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR