Futbolda əvəzetmə sayı artırılıb

Futbolda əvəzetmə sayı artırılıb
# 13 iyun 2022 15:38 (UTC +04:00)

Futbol qaydalarında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Futbol Assosiasiyaları Beynəlxalq Şurası (İFAB) qəbul edib.

Qurum futbol oyunları zamanı 5 əvəzetmə qaydasının daimi olmasını məqsədəuyğun sayıb. 2022-ci il iyulun 1-dən etibarən bütün matçlarda 5 oyunçu dəyişikliyi mümkün olacaq.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə müvəqqəti olaraq oyun ərzində 5 əvəzetmədən istifadə olunması barədə qərar 2020-ci ilin mayında verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR