“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib
# 08 yanvar 2023 22:34 (UTC +04:00)

Super Liqanın 18-ci həftəsində Türkiyənin “Fenerbahçe” klubu “Galatasaray”ı qəbul edib.

APA xəbər verir ki, “Galatasaray” oyunun 32-ci dəqiqəsində hesabı açıb. Bundan sonrakı qolları komanda 78-ci dəqiqədə və uzatma dəqiqələrində vurub.

Qolları Serjio Oliveira, Kerem Aktürkoğlu və Mauro İkardi rəqibin qapısından keçirib. "Fenerbahçe"nin oyunçusu İrfancan Kahveci 86-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

"Qalatasaray" bu qələbə ilə 39 xal toplayaraq vahid lider olub.

"Fenerbahçe" 35 xalla ikinci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR