Haland yeni klubunda tibbi baxışdan keçib

Haland yeni klubunda tibbi baxışdan keçib
# 10 may 2022 10:51 (UTC +04:00)

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandın “Mançester Siti”yə transferi bu həftə açıqlanacaq.

Apasport.az saytının məlumatına görə, Norveç millisinin üzvü Premyer Liqa klubunda tibbi baxışdan keçib.

“Şəhərlilər” 21 yaşlı forvardın həkim müayinəsini Dortmundda təşkil edib. Klublar arasında anlaşmaya əsasən, ingilislər bir neçə saat ərzində “Borussiya”ya 75 milyon avroluq ödənişi edərək, futbolçunun sərbəst qalma maddəsini aktivləşdirəcək.

Qeyd edək ki, Erlinq Haland “Borussiya”ya 2020-ci ildə “Zalsburq”dan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR