İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”
# 31 oktyabr 2022 15:26 (UTC +04:00)

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin sabiq forvardı Fransa futboluna təsiri ilə bağlı fikirlərini bölüşüb.

41 yaşlı isveçli onun gedişindən sonra Liqa1-in səviyyəsinin aşağı düşdüyünü iddia edib: “Mən Fransanı tərk edəndən sonra orada hər şey aşağı düşdü. Ora ilə bağlı danışılacaq başqa bir şey yoxdur. Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil. Hətta Mbappe, Neymar və Messinin varlığı da sizə kömək etməyəcək, çünki sizin tanrınız yoxdur”.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2012-2016-cı illərdə PSJ-də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR