İbrahimoviç “Milan”la yeni müqavilə bağlayıb

İbrahimoviç “Milan”la yeni müqavilə bağlayıb
# 06 iyul 2022 13:08 (UTC +04:00)

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klubla yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu iddia ilə “Sky Sport” nəşri çıxış edib.

Bildirilib ki, karyerasını bitirmək fikrində olmayan 40 yaşlı forvard klubla danışıqları yekunlaşdırıb. “Milan” yaxın günlərdə onunla yeni 1 illik saziş imzalandığını açıqlayacaq. İsveçli superulduzun maaşı 1 milyon funt sterlinqə qədər azaldılıb. O, həmçinin əlavə bonuslar da qazana bilər.

Sol dizindəki əməliyyatdan sonra sağalma prosesində olan İbranın 2022-ci ildə meydana çıxmaq şansı azdır.

Qeyd edək ki, Zlatan İbrahimoviç ötən mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 27 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR