“İnter Mayami” Messidən sonra Anhel di Mariyaya elçi düşüb

“İnter Mayami” Messidən sonra Anhel di Mariyaya elçi düşüb
# 08 iyun 2023 13:51 (UTC +04:00)

“İnter Mayami” Argentina millisinin daha bir futbolçusunu heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, MLS təmsilçisi Lionel Messinin ardından Anhel di Mariyaya elçi düşüb.

Klubun sahibi Devid Bekhem və rəhbərlikdə yer alan digər rəsmilər yarımmüdafiəçini komandada görmək istəyir. “Yuventus”la müqaviləsi başa çatan 35 yaşlı cənubi amerikalı azad agent statusuna malikdir.

Qeyd edək ki, PSJ-dən ayrılan Messi karyerasını “İnter Mayami”də davam etdirəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR