İspaniya Superkubokun yarımfinal cütləri dəqiqləşib

İspaniya Superkubokun yarımfinal cütləri dəqiqləşib
# 16 may 2022 11:14 (UTC +04:00)

İspaniya Superkubokunun iştirakçıları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 2023-cü ildəki turnirdə La Liqanın iki ən yaxşısı və İspaniya kubokunun finalçıları mübarizə aparacaq.

“Real” çempion, “Barselona” vitse-çempion, “Betis” kubokun sahibi, “Valensiya” finalçı kimi Superkuboka qatılacaq. Yarımfinalda “Betis” “Barselona”ya, “Real” “Valensiya”ya rəqib olacaq.

Qeyd edək ki, Superkubok yanvarda Səudiyyə Ərəbistanında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR