İspaniyada bir komandada 27 nəfər koronavirusa yoluxub

İspaniyada bir komandada 27 nəfər koronavirusa yoluxub
# 22 dekabr 2021 10:13 (UTC +04:00)

İspaniyanın “Luqo” klubunda koronavirusa yoluxma qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, aşağı liqa təmsilçisində 27 yoluxma aşkarlanıb.

Bu rəqəm son testlərdən sonra belə yüksək həddə çatıb. Son yoxlama zamanı daha 4 müsbət nəticə verib.

Yoluxan 27 nəfərdən 17-si futbolçu, 9-u texniki heyət üzvü, biri klub əməkdaşıdır. Növbəti testlərin cavabını gözləyən klubdakı xəstələnənlərin sayı daha da arta bilər.

“Luqo”nun növbəti matçı təxirə salınıb. Əksər üzvləri karantində olan komanda yalnız 2022-ci ildə meydana çıxa biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR