İtaliya klubu koronavirus səbəbindən səfərə yollana bilməyib

İtaliya klubu koronavirus səbəbindən səfərə yollana bilməyib
# 21 dekabr 2021 09:12 (UTC +04:00)

“Salernitana” İtaliya A seriyasının “Udineze” ilə oyununa yollanmaqda çətinliklə üzləşib.

Apasport.az saytının məlumatına görə, Salerno təmsilçisinin XIX turun Udinedəki matçına adi reyslə uçmasına icazə verilməyib.

Buna koronavirus pandemiyası səbəb olub. Komanda üzvlərindən bir neçəsinin testi müsbət nəticələnib. Bu üzdən komandaya səfərə yollanmağa qadağa qoyulub.

“Salernitana” üzvləri yenidən test verəcək. Əgər testlər neqativ olsa, komanda oyun günü özəl təyyarə ilə səfərə çıxacaq.

Qeyd edək ki, A seriyasının bu gün keçiriləcək oyunlarından sonra çempionatda fasilə yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR