Joao Feliks “Atletiko”ya qayıdacaq

Joao Feliks “Atletiko”ya qayıdacaq
# 30 may 2023 17:32 (UTC +04:00)

Joao Feliks icarədə olduğu “Çelsi”də qalmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu “Atletiko”nun prezidenti Enrike Sereso açıqlayıb.

O bildirib ki, portuqaliyalı yarımmüdafiəçi Madrid klubuna qayıdacaq. Buna “Çelsi”nin yeni baş məşqçisi Maurisio Poçettinonun qərarı səbəb olub. Argentinalı Feliksin qalmasına ehtiyac görməyib.

Qeyd edək ki, Joao bu ilin yanvarında icarəyə verilib. O, “Çelsi”də keçirdiyi 20 oyunda 4 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR