Kadi Borqes Azərbaycan Premyer Liqasının bombardiri olub

Kadi Borqes Azərbaycan Premyer Liqasının bombardiri olub
# 21 may 2022 21:24 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bombardiri bəlli olub.

Apasport.az saytının məlumatına görə, çempionatın ən məhsuldar oyunçusu son turda müəyyənləşib.

Bu gün baş tutan XXVIII tur öncəsi 5 futbolçunun 11, bir oyunçunun 10 qolu olub. Bu “altılıq”dan yalnız Kadi Borqes son turda fərqlənib.

“Neftçi”nin qapısına yol tapan “Qarabağ”ın braziliyalısı mövsümdə 12-ci qolunu vurub. Kadi bununla da komanda yoldaşları Filip Ozobiç, İbrahima Vadji, “Zirə”dən Davit Volkov, “Sabah”dan Coy-Lens Mikelsi arxada qoyub.

Qeyd edək ki, bombardirlər cədvəlində 6-cı olan “Neftçi”nin hücumçusu Tyaqo Bezerra 10 dəfə qol sevinci yaşayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR