“Kadis” baş məşqçisi ilə yollarını ayırıb

“Kadis” baş məşqçisi ilə yollarını ayırıb
# 11 yanvar 2022 13:13 (UTC +04:00)

İspaniya La Liqasında növbəti baş məşqçisi gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Kadis” Alvaro Servera ilə vidalaşıb.

Mütəxəssis 2016-cı ildən komandaya rəhbərlik edirdi. 3-cü divizion təmsilçisinin sükanı arxasına keçən Servera “Kadis”i La Liqaya qədər daşıyıb.

Ötən mövsüm 12-ci yeri tutan klubun bu il göstərdiyi nəticələr rəhbərliyi qane etməyib. Komanda hazırda turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, 20 oyun keçirən “Kadis”in cəmi 14 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR