Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”

Kapitan: “Neftçi”dəki maaşım əvvəlki klublarımdan azdır”
# 31 oktyabr 2022 10:30 (UTC +04:00)

“Azərbaycanda maaşlar yüksəkdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov sports.ru saytına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi Azərbaycanla Rusiya klublarında verilən məvacibləri müqayisə edib: “Qarabağ”, “Neftçi” və “Sabah”da böyük maaşlar var. Rusiya Premyer Liqasının ikinci “səkkizliy”ində olduğu kimi. Kiçik klublarda əməkhaqqı isə FNL-dəki kimidir. “Qarabağ”ın liderləri daha çox alırlar, çünki hər il avrokubokların qrup mərhələsində oynayırlar”.

O, əvvəlki klubları ilə hazırkı komandasında əmək haqqını da müqayisə edib: “Neftçi”də aldığım maaş əvvəlki klublarımdan azdır. Rusiyada hətta “Saturn”un birinci komandasında olarkən buradakından çox alırdım. Buraya əvəzedicilərdən gələndə 3 min dollar qazanırdım. Ancaq sonra maaşı qaldırdılar, əsas komandanın stabil oyunçularından birinə çevrildim. Üstəlik, başqa klublar da məni almaq istəyirdilər”.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR