Karlo Ançelotti və Dani Alvesin vergi borcları açıqlanıb

Karlo Ançelotti

© APA | Karlo Ançelotti

# 28 dekabr 2021 13:52 (UTC +04:00)

İspaniya Vergi Xidmətinə ən çox borcu olanların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə tanınmış futbol simaları da yer alıb.

“Barselona” sabiq futbolçusu Samuel Etoonun borcu 981 min 598 avro təşkil edir. “Real”ın baş məşqçisi Karlo Ançelottinin borcu daha çoxdur. O, 1,4 milyon avro ödəməlidir. “Barselona”nın müdafiəçisi Dani Alves 1 milyon ödəməlidir.

Qeyd edək ki, bu siyahıya əvvəl 1 milyondan artıq borcu olanlar daxil edilirdisə, avqustun 31-dən bu rəqəm 600 minə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR