“Kəpəz” Rauf Əliyevi transfer edib

“Kəpəz” Rauf Əliyevi transfer edib
# 23 iyul 2022 13:08 (UTC +04:00)

“Kəpəz” daha bir transferini açıqlayıb.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, hücumçu Rauf Əliyevlə münasibətlər rəsmiləşdirilib.

“Səbail”dən ayrıldıqdan sonra klubsuz qalan Azərbaycan millisinin sabiq forvardı yeni mövsümdən Gəncə klubunun formasını geyinəcək. 33 yaşlı oyunçu “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk oyununu öz meydanında “Zirə”yə qarşı keçirəcək. I turun matçları avqustun 5-7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR