Kiran Trippyerin “Nyukasl”a keçidi təsdiqlənib

Kiran Trippyerin “Nyukasl”a keçidi təsdiqlənib
# 07 yanvar 2022 12:31 (UTC +04:00)

“Atletiko”nun müdafiəçisi Kiran Trippyerin “Nyukasl”a keçidi təsdiqlənib.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu rəsmi saytı vasitəsilə 32 yaşlı sağ cinah oyunçusunu heyətinə qatdığını bəyan edib.

Bildirilib ki, İngiltərə millisinin üzvü ilə 2,5 illik müqavilə imzalanıb. Bununla ölkəsində “Mançester Siti”, “Barnsli”, “Bernli” və “Tottenhem” kimi klubların formasını geyinmiş Trippyer iki il yarımlıq fasilədən sonra Premyer Liqaya qayıdıb. Bu keçid “Nyukasl”a 14,3 milyon avroya başa gəlib.

Qeyd edək ki, Kiran Trippyer cari mövsüm “Atletiko”nun heyətində ümumilikdə 18 oyunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR