KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Dani Alves

© APA | Dani Alves

# 01 yanvar 2023 13:28 (UTC +04:00)

Üçqat Çempionlar Liqasının qalibi Dani Alves cinsi təcavüzdə günahlandırılıb.

APA xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti Barselona polisindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Barselonadakı gecə klublarından birində baş verib. Qadın Alvesin ona toxunduğunu bildirib. Bildirilir ki, futbolçunun nümayəndələri zorakılıq faktlarını təkzib edirlər.

Kataloniya polisi gecə klubunda iddia edilən zorakılıq aktı xəbərindən sonra araşdırmaya başlayıb. Qadın Barselonadakı xəstəxanada tibbi müayinədən keçib və polis ondan ifadə alıb.

Qeyd edək ki, 39 yaşlı Alves 2022-ci ilin iyulundan Meksikanın Pumas klubunda çıxış edir. O, əvvəllər Braziliyanın “Bahia”, İtaliyanın “Yuventus”, Fransanın PSJ, İspaniyanın “Sevilya” və “Barselona” klublarında çıxış edib. Müdafiəçi 43 kubokla tarixin ən titullu futbolçusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR