“Konyaspor”un baş məşqçisi istefaya göndərilib

“Konyaspor”un baş məşqçisi istefaya göndərilib
# 16 yanvar 2023 17:42 (UTC +04:00)

Türkiyənin “Konyaspor” klubu baş məşqçisi İlhan Palutu istefaya göndərilib.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, komanda rəhbərliyi hesabat turunda evdə “Beşiktaş”a 1:2 hesablı məğlubiyyətdən sonra bu addımı atıb.

2021-ci ildə baş məşqçi postuna təyin edilən 58 yaşlı Palutun rəhbərliyi altında komanda Super Liqada ötən mövsümü üçüncü sırada tamamlamışdı.

Hazırda davam edən mövsümdə isə “Konyaspor” 18 turdan sonra 27 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır. Onlar keçirdikləri son 4 matçda 1 məğlubiyyət və 3 heç-heçə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR