Kriştiano Ronaldo Portuqaliyaya qələbə qazandırıb

Kriştiano Ronaldo Portuqaliyaya qələbə qazandırıb
# 02 sentyabr 2021 00:48 (UTC +04:00)

DÇ-2022-nin seçmə mərhələsinin IV turuna start verilib.

Apasport.az saytının məlumatına görə, Lüksemburqda meydan sahibləri qarşısında aciz qalan Azərbaycan millisinin yer aldığı A qrupunda daha bir matç keçirilib.

Portuqaliya öz meydanında İrlandiyanı qəbul edib. Kriştiano Ronaldo erkən qol vurmaq şansı qazansa da, penaltini qaçırıb. Qonaqlar isə ilk yarıda hesabı aça biliblər. Fasilə ərəfəsində Con Eqan qol sevinci yaşayıb. Meydan sahibləri yalnız görüşün sonlarında məğlubiyyətdən qaçıblar. Komandasını Ronaldo xilas edib. İki qol vuran kapitan komandasına qələbə qazandırıb.

Qrupumuzda yer alan Serbiya millisi isə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Balkanlılar Qətər üzərində inamlı qələbə qazanıb. Bualem Xuxinin 2-ci dəqiqədə avtoqol etdiyi matçda fərqi Luka Yoviç artırıb. O, 18-ci dəqiqədə fərqlənib. İkinci hissədə Duşan Vlahoviç və Nikola Milenkoviç 4:0 hesablı darmadağını rəsmiləşdirib.

1

Portuqaliya

4

3

1

0

8-4

10

2

Serbiya

3

2

1

0

7-5

7

3

Lüksemburq

3

2

0

1

4-4

6

4

İrlandiya

3

0

0

3

3-6

0

5

Azərbaycan

3

0

0

3

2-5

0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR