Kvaratsxeliya İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib

Kvaratsxeliya İtaliya çempionatının ən yaxşı futbolçusu seçilib
# 02 iyun 2023 22:58 (UTC +04:00)

Xviça Kvaratsxeliya İtaliya çempionatını ən yaxşı futbolçusu seçilib.

Apasport.az saytı xəbər verir ki, qalib “Stats Perfomans” sisteminin təhlillərinə görə müəyyənləşib.

Sistem yalnız futbolçuların statik göstəriciləri deyil, həm də mövqeyində çıxışına görə dəyərləndirmələr aparır.
Kvaratsxeliya taktiki və fiziki effektivliyi görə ən yaxşılar arasında yer alıb. O, 33 oyunda 12 qol və 10 ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Xviçanın uğurlu çıxışı 33 ilədn sonra “Napoli”yə İtaliya çempionluğu qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR