“Latsio” ilə “Qalatasaray” oyunçularını dəyişə bilər

“Latsio” ilə “Qalatasaray” oyunçularını dəyişə bilər
# 24 dekabr 2021 17:49 (UTC +04:00)

“Qalatasaray”ın müdafiəçisi Patrik van Anholt İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Latsio” Niderland millisinin üzvünə maraq göstərir.

Müdafiənin sol cinahı ilə bağlı problem yaşayan A seriyası təmsilçisi PSJ-li Leyvin Kurzavanı istəsə də, yüksək maliyyə şərtləri bu keçidə mane olub. Romalıların baş məşqçisi Mauritsio Sarri problemi van Anholtla həll etmək niyyətindədir.

Paytaxt klubu bu keçid üçün qarşı tərəfə sabiq “Fənərbaxça”lı Vedat Muriçi təklif etməyi düşünür. Hücumçu axtarışında olan “Qalatasaray” üçün isə bu, göydəndüşmə olar. Hazırda İstanbulda olan Muriçin van Anholtla dəyişdirilməsi yönündə klublar arasında danışıqlar aparılacaq.

Qeyd edək ki, Vedat Muriç həmçinin “Fənərbaxça”nın da maraq dairəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR