“Lex” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Lex” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
# 20 iyun 2022 16:01 (UTC +04:00)

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq “Lex” – “Qarabağ” oyununun hakimləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanı ispaniyalı ədalət təmsilçiləri idarə edəcək.

İyulun 5-dəki matçın baş hakimi Xose Luis Munuera olacaq. Ona Pau Çebrian Devis və Antonio Ramon Martinez kömək edəcək.

Dördüncü hakim funksiyasını Xorxe Fiqueroa Vazkez yerinə yetirəcək. Polşadakı matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR