“Leypsiq” və “Ayntraxt” mövsümə qələbə ilə başlayıb 

“Leypsiq” və “Ayntraxt” mövsümə qələbə ilə başlayıb 
# 18 avqust 2019 22:27 (UTC +04:00)

Almaniya Bundesliqasında ilk tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə iki matç keçirilib.

İddialılardan “Ayntraxt”la “Leypsiq” mövsümə qələbə ilə başlayıblar. Sonuncular Berlində “Union”u darmadağın edibsə, frankfurtlular erkən qolla üç xal əldə ediblər.

Qeyd edək ki, növbəti turun oyunları avqustun 23-25-də keçiriləcək.

Almaniya Bundesliqası

I tur

18 avqust “Ayntraxt” – “Hoffenhaym” – 1:0

Hinteregger, 1

“Union” – “Leypsiq” – 0:4

Halstenberq, 16, Sabitzer, 31, Verner, 42, Nkunku, 68

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR