Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb

Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb
# 17 noyabr 2022 14:59 (UTC +04:00)

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi DÇ-2022-nin favoritlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu çempionluğa üç komandanı real namizəd sayır.

Messi formasını geyindiyi Argentinanı bu siyahıya daxil etməyib: “Hər dəfə çempionluğa namizədlərdən danışanda həmişə eyni komandalardan danışırıq. Əgər hansısa komandanı digərlərindən fərqləndirməliyəmsə, düşünürəm ki, Braziliya, Fransa və İngiltərə digərlərindən bir az üstündür. Amma dünya çempionatı çox çətin və müəmmalı turnirdir”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR