“Liverpul” koronavirusa görə məşq mərkəzini bağlayıb

“Liverpul” koronavirusa görə məşq mərkəzini bağlayıb
# 05 yanvar 2022 15:58 (UTC +04:00)

“Liverpul” məşq mərkəzini müvəqqəti bağlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu koronavirus pandemiyası səbəbindən belə addım atmağa məcbur olub.

Komandada yoluxanların artması mersisasylıları sərt tədbirə əl atması ilə nəticələnib. Son testlərdən bir neçəsində də infeksiya şübhəsi üzə çıxıb.

Bunadək isə baş məşqçinin köməkçisi Pep Lindersin testi müsbət nəticə verib. Baş məşqçi Yurgen Klopp və bir neçə futbolçu da artıq karantindədir.

Qeyd edək ki, “Liverpul” Liqa kubokunun sabahkı yarımfinalında “Arsenal”la görüşməlidir. Matçın təxirə salınması ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR