Mahir Emreli Polşaya yollanmaq üçün vizanı gözləyir

Mahir Emreli Polşaya yollanmaq üçün vizanı gözləyir
# 25 may 2021 14:13 (UTC +04:00)

“Mahir Emrelinin keçidi məsələsində “Legiya” ilə anlaşmaq üzrəyik”.

Bu barədə apasport.az saytına “Qarabağ”ın hücumçusu Mahir Emrelinin meneceri Tural Əsgərov məlumat verib.

O, Polşa çempionu Varşava “Legiya”sı ilə danışıqların davam etdiyini söyləyib. Menecer hətta bu prosesin son mərhələsində olduqlarını da gizlətməyib: “Yaxın günlərdə hər şeyə aydınlıq gələcək. Müqavilə ilə bağlı bəzi məqamların tam dəqiqləşdirilməsi qalıb. Mahir vizası hazır olanda tibbi müayinədən keçmək üçün Polşaya getməlidir. Bütün bu proseslər qaydasında olsa, Emreli yəqin ki, növbəti mövsümə “Legiya”da başlayacaq”.

Qeyd edək ki, Mahir Emrelinin “Qarabağ”la müqavilə müddəti başa çatdığından, o, “Legiya”ya azad agent kimi keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR