Mahir Emreli "Visla" ilə danışıqlara başlayıb

Mahir Emreli "Visla" ilə danışıqlara başlayıb
# 30 dekabr 2021 13:59 (UTC +04:00)

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşada klubunu dəyişə bilər.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Legiya”nın forvardı Ekstraklasanın digər təmsilçisinin maraq dairəsindədir.

Söhbət Krakov “Visla”sından gedir. Qış fasiləsində bəzi oyunçularını satacaq “Visla” “Legiya”nın birdən-birə üç futbolçusuna göz dikib. Krakov təmsilçisi Emreli ilə yanaşı, Joel Abu Hanna və Maik Navroçkini də heyətinə cəlb etmək niyyətindədir. Hər üç futbolçu ilə bununla bağlı danışıq aparıldığı da bildirilir. Ancaq oyunçular “Legiya”dakından daha yüksək maaş tələb edib.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR